BBC News, Azərbaycanca - Xəbərlər
Bu günün xəbərləri
Bu günün xəbərləri: Rusiyada Navalnı saxlanılıb, Azərbaycanda tərxis olunanlarla iş üzrə komissiyanın yeni şöbələri açılıb
Rusiyada müxalifət lideri Aleksey Navalnı saxlanılıb, Ermənistandan Qarabağa 50 minə yaxın qaçqın qayıdıb, Azərbaycanda ordudan tərxis olunanlar üzrə komissiya bölgələrdə işə başlayır - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda koronavirus: daha 322 yoluxma faktı qeydə alınıb, 845 nəfər sağalıb
Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 322 yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib.
Əliyev Erdoğana zəng edib, Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayır, karantin aprelin 1-dək uzadılır
Azərbaycanda karantin rejimi aprelin 1-dək qüvvədə qalır, Azərbaycanda vaksinasiya yanvarın 18-dən başlayacaq, Azərbaycan tərəfi iki erməni hərbçinin cəsədini erməni tərəfinə təhvil verib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Rusiya Təhlükəsizlik Şurasında Qarabağ üzrə danışıqlar müzakirə edilib, Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada tarixi yerləri gəziblər
Prezident İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada tarixi yerləri gəziblər, İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Rusiya Qarabağdakı sülhməramlıları peyvəndləməyə başlayıb, Hirkan Milli Parkındakı yanğının söndürülməsinə təyyarə cəlb edilib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Dağlıq Qarabağın statusu: Azərbaycan “tarixə qovuşub”, Ermənistan “müzakirə olunmalı”, Rusiya isə “unudulmadığını” deyir
Azərbaycan Prezidenti İlham Əliyev bu gün bir daha Dağlıq Qarabağın statusunun, onun təbirincə “gorbagor” olduğunu bildirib. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı söz döyüşləri davam edir.
Azərbaycanda vurulacaq Covid-19 vaksini haqda nə bilinir?
İlham Əliyev Azərbaycanda peyvəndlənmənin könüllü olacağını və dövlət hesabına həyata keçiriləcəyini bildirib. Bəs, alınan vaksin haqda nələri bilirik?
"Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi" - Vazgen Manukyan Paşinyan barədə deyib
Ermənistanda müxalifət lideri Nikol Paşinyanı Əbülfəz Elçibəylə müqayisə edib. Dağlıq Qarabağda xidmət keçən əsgərlərin valideynləri bu gün Yerevanda etiraz aksiyası keçirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Whatsapp hansı məlumatları paylaşacaq? Şəxsi məlumatlarınız istifadə ediləcəkmi? – 7 suala cavabda
WhatsApp ani mesajlaşma tətbiqi bu yaxınlarda iki milyard istifadəçisinə yeni məxfilik müqaviləsini qəbul etməyi, əks halda bu tətbiqin həmin istifadəçilərin smartfonlarında işləməyəcəyi barədə xəbərdarlıq göndərir.
Qazilər: “Azərbaycan xalqından gördüyümüz qayğını dövlətimizdən görmək istəyirik"
İkinci Qarabağ Müharibəsindən sonra - psixoloji sarslıntılar, travmalar, uzunmüddətli müalicələr və hakimiyyətdən qayğı tələbi. İkinci Qarabağ Müharibəsinin iştirakçıları müharibə sonrası sarsıntı ilə necə mübarizə aparırlar?
Azərbaycan “30 ildir ki, mövqeyini yaxşı izah etdi, Ermənistan isə yox”, erməni mediası Azərbaycan-Ermənistan sərhədi barədə
Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət, müharibədən sonra yaranmış vəziyyətin təhlili və bölgədə xarici regional güclərin rolu, xarici media nədən yazır.
92 yaşlı Marqarita Abraamyan: "Qarabağ heç bilmədim harda qaldı. Darıxıram"
Marqarita Abraamyan Bakını tərk etməyə məcbur olarkən, onun 60 yaşı olub. İndi o, bir qızı ilə Yerevanda yaşayır. Onun İkinci Qarabağ Müharibəsindən əvvəl verdiyi müsahibəni izləyin.
İşğaldan sonra sovxozun mal-qarasına 10 il baxmış direktor: "Dövlətin malına mən nə edə bilərəm ki?"
Ağdamın kəndlərinin birində sovxoz direktoru işləmiş Kərrar Abdullayev işğal zamanı Ağdamdan ailəsi ilə birgə çıxmayıb. O, əvvəlcə sovxozun mal-qarasını təhlükəsiz yerə aparmağa çalışıb.
Azərbaycan və bölgə
İlham Əliyev Rusiyanın Azərbaycan pomidoruna qadağası barədə: “Yeni bazarlar axtarmalıyıq”
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Azərbaycandan pomidor idxalına qoyduğu qadağanın onun üçün "gözlənilməz" olduğunu bildirib. "Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı", prezident Əliyev deyib.
İlham Əliyev Rusiya sülhməramlılarının hərəkətlərinə "niyə göz yumduğunu" açıqlayıb
Prezident Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin bəyanatda qeyd olunan funksiyalarından kənara çıxdığını bildirib.
Yanacaq tariflərinin dəyişməsindən sonra "əsassız qiymət artımına" nəzarət ediləcək, Ermənistan Qarabağda daha 4 hərbçisinin cəsədini tapıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara müraciət edib, Ermənistan Qarabağda daha 4 hərbçisinin cəsədini tapıb, 16 minə yaxın tələbənin təhsil haqqı ödənilib, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistan Naxçıvan yolunun açılması üçün şərtini açıqlayıb
Ermənistan Naxçıvan yolunun açılması üçün şərtini açıqlayıb. ABŞ Konqresi Joe Biden-in qələbəsini təsdiqləyib. Hərbi qulluqçunun xəstəxanada intiharı ilə bağlı cinayət işi açılıb, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Rəsmi Yerevan: Moskvada "ərazi məsələləri üzrə heç bir sənəd" imzalanmayacaq
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan, Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşür.
Azərbaycanda benzinin qiymətinin qalxması ərzaqları bahalaşdıracaqmı?
Ölkədə yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bu, ərazaqların qiymətinə necə təsir edəcək?
Beynəlxalq
Dünya liderləri ABŞ parlamentinə hücuma necə reaksiya verdi?
Dünya liderləri Donald Trump tərəfdarlarının çərşənbə günü Washington-da parlamentin Kapitoli binasına hücumunu qınayıb.
Azərbaycan, Ermənistan və Gürcüstanda parlament binasına hücum adəti: Kapitolidə olanlar yad mənzərə deyil
Prezident Donald Trump-ın tərəfdarları onun "gücümüzü göstərək" çağırışından sonra Kapitoli binasına hücum ediblər. ABŞ üçün bu qeyri-adi anlar Azərbaycan, Ermənistan və Gürcüstan üçün yad mənzərə deyil. BBC News Azərbaycanca Cənubi Qafqaz ölkələrinin parlamentlərinə hücümlara nəzər salır.
Video, 2020 yalnız pandemiya ilə əlaqəli olmayıb - dünyanı sarsıdan altı hadisə, Duration 3,25
Dünya əsrin ən pis pandemiyasına məruz qalmasaydı, 2020-ci il hansı hadisələrlə yadda qalardı? Videoda izləyin.
Koronavirus eşitmə qabiliyyətinin uzunmüddətli pozulmasına səbəb ola bilər - həkimlər
Britaniyalı həkimlər Covid-19 diaqnozu qoyulmuş xəstədə ilk dəfə olaraq eşitmə qabiliyyətinin tamamilə pozulması halını qeyd ediblər.
Bayraktar: Türkiyə hərbi dronların istehsalı sahəsində necə irəlilədi?
Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) Dağlıq Qarabağdakı münaqişə şəraitində dünyanın diqqət mərkəzindədir. Türkiyə hərbi dron istehsalında necə dünya liderlərindən biri oldu, o, hansı dronları istehsal edir və onları kim alır?
Qarabağda dron müharibəsi: Azərbaycan və Ermənistan arasındakı münaqişəni pilotsuz aparatlar necə dəyişib?
Azərbaycanın pilotsuz təyyarələrinin Dağlıq Qarabağdakı erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər ötən əsrdən bəri davam edən münaqişədə yeni gərginliyin vizual rəmzlərindən birinə çevrilib.
Dağlıq Qarabağ münaqişəsi: "Ermənistan kritik nöqtədədir", Jirayr Libaridyanın təhlili
Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan xarici işlər nazirinin müavini olmuş erməni əsilli amerikalı alim Dağlıq Qarabağ probleminin kökləri və hazırkı vəziyyətini təhlil edib.
Xankəndidə kilsəyə sığınanlar
Bu insanlar Xankəndidə məskunlaşmış etnik ermənilərdir. Onlar hazırda bu kilsəyə sığınıblar.
2021-ci il dünya boyu maskalarda və izdihamsız qarşılanıb - şəkillər
Dünya boyu 31 dekabr axşamı əksər şəhərlərdə bu il fərqli keçib. Koronavirus pandemiyası səbəbindən kütləvi bayram tədbirləri ləğv edilib və sərt karantin məhdudiyyətləri olan bəzi ölkələrdə insanlara səs-küylü məclislər keçirməmək məsləhət görülüb.
2020-ci ilin təqvimi şəkillərdə: qeyri-adi ilə aybaay baxış
2020-ci il tükəndirici, təəccüblü və şokedici olub. Bu cür dramatik alınmış həmin bu ilə 12 şəkil vasitəsilə nəzər salaq.
Bunları da oxuyun
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər?
Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə deyib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxmalı, yeni bazarlar axtarmalıdır. Bu bazarlar hansı ölkələr ola bilər?
Azərbaycanın rus vertolyotunu vurması: Rusiya işi böyüdür
Rusiyanın hərbi müstəntiqləri Ermənistan üzərində Azərbaycan tərəfindən noyabrın 9-da vurulmuş vertolyot qəzasını "qəsdən adamöldürmə" kimi qiymətləndirdiyini açıqlayıb. Bundan əvvəl isə bu hadisə "ehtiyatsızlıq üzündən ölüm" kimi dəyərləndirilib. Bu maddənin daha ağırına dəyişməsi təzyiqi artırmaq məqsədli siyasi qərardırmı? Yoxsa, bu adi texniki məsələdir?